Bakıda 40 nəfərə qarşı dələduzluq edilib. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Binəqədi rayonu ərazisində polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində “Dələduzluq” maddəsi ilə axtarışda olan Füzuli rayon sakini Zeynalabdin Məlikzadə tutulub. O, müxtəlif vaxtlarda 40 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinir. Verilən məlumata görə, Məlikzadə əvvəllər də eyni əmələ görə məhkum olunub.
Faktla bağlı araşdırma aparılır.