Yasamal rayonunda yerləşən özəl klinikada pasiyent əməliyyatdan sonra ölüb. Bu haqda 3 oktyabr tarixində Report məlumat verib.
Ötən gün "Real Hospital"da 46 yaşlı Bəxtiyar İsmayılov əməliyyatdan sonra dünyasını dəyişib. Belə ki, mərhum sentyabrın 30-da bağırsaq keçməzliyi diaqnozu ilə hospitala yerləşdirilmişdir və əməliyyat olunmuşdur.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.