Bakının Binəqədi rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 5 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində B.Alışovun bank hesabından 62 manat, Z.Sofiyevin isə mobil telefonunu oğurlamaqda şübhəli bilinən E.Qafarov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.