Bakıda yaşlı kişi zəhərlənərək ölüb. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 19 oktyabr tarixində xəbər verir.
Yasamal rayon sakini, 66 yaşlı Vaqif Həbibov yaşadığı evdə sirkə turşusu içib.
Zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən kişi elə oradaca ölüb.
Faktla bağlı araşdırma aparılır.