Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 21 sentyabr tarixində APA məlumat verib.
74 yaşlı Məmmədağa Məlikov "VAZ-2107" markalı avtomobili idarə edərək yolu keçən Salman Sadiqovu vurub. Piyada aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.