Bakı İstintaq Təcridxanasına narkotik keçirmək istəyiblər. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Məhkum olan Fərid Məmmədovun yanına onun anası Süsən Abbasova gəlib. Qadının gətirdiyi sovqata baxış zamanı orada mandarinin içərisində xüsusi üsulla gizlədilmiş 0,461 qram marixuana və 1,268 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırmaya başlanılıb.
[caption id="attachment_128308" align="alignnone" width="640"]
Foto Penitensiar Xidməti[/caption]