Suraxanı rayonunda ana uşağını yatırdıqdan sonra yaşadığı evdə özünü asaraq intihar edib. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 26 oktyabr tarixində xəbər verir.
Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində yaşayan 35 yaşlı Aynurə Babayeva 1 uşaq anası olub. İlkin məlumata görə, 14 il əvvəl həyat yoldaşı dünyasını dəyişən qadın gecə saatlarında övladını yatırdıqdan sonra özünü öldürüb.
A. Babayevanın hansı səbəbdən intihar etdiyi hələlik bilinmir. Yaxınları onun heç bir probleminin olmadığını deyiblər.
Faktla bağlı araşdırma aparılır.