Paytaxtın Qaradağ rayonunda yerləşən həbsxanaya narkotik keçirmək istədilər. Bu haqda bu gün, 12 noyabr tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
İlqar Zamanov məhkum oğlu Ayxan Zamanova ziyarətə gəlib. O, oğlu üçün gətirdiyi sovqatda tər əleyhinə vasitənin içərisinə 1,21 qram marixuana gizlədib.
Faktla bağlı araşdırma aparılır.