Bakıda gənc qız intihara cəhd edib. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 19 oktyabr tarixində xəbər verir.
Ötən gecə paytaxtın Nizami rayonunda 18 yaşlı E. Q. binanın 6-cı mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd edib.
Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanları əməkdaşlarının köməkliyi ilə onun həyatına son qoymaq cəhdinin qarşısı alınıb və gənc qız polis bölməsinə aparılıb.
İlkin araşdırmalar zamanı o bildirib ki, 8 yaşından atası tərəfindən seksual xarakterli zorakılıq əməllərinə məruz qalır və bu səbəbdən həyatına son qoymaq istəyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.