Bakının Binəqədi rayonu, Cəfər Xəndan küçəsində 202 saylı marşrut avtobusunun sürücüsü qəza törədib. Bu haqda bu gün, 13 fevral tarixində Avtosfer.az məlumat verib.
Avtobusu sürücüsü xuliqanlıq zəminində idarə etdiyi nəliyyat vastə ilə qarşıda hərəkət edən "Toyota" markalı avtomobili vurub. Daha sonra o, avtobusdan düşərək minik avtomobilinin sürücüsü Anar Tağıyevi yolun ortasında döyüb.
Tərəflər izahatlarının alınması üçün müvafiq polis orqanına dəvət olunub. Faktla bağlı Binəqədi rayon polis idarəsi tərəfindən araşdırma aparılır.