Bu gün, 15 oktyabr gecə saatlarında Səbail rayonu Bibiheybət məscidinin yaxınlığında “Audi” markalı avtomobil qəfildən alışıb.
Yol Polis və Çevil Polis Alayının əməkdaşları hadisə yerinə gəlib yanğınsöndürmə briqadası gəlməmiş yanğını məhdudlaşdırılıblar. Daha sonra Fövqəladə Hallar Nazirliyinin işçiləri alışmanı tamamılə söndürüblər.
Oxşar hadisə sentyabrın 15-də baş verib. Paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində “UAZ” markalı yük avtomobili yanmışdır.