Polis Xəzər rayonunda avtomobil qaçıran şəxsi yaxalayıb. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 17 oktyabr tarixində xəbər verir.
Oktyabrın 16-da Şüvəlan qəsəbəsi ərazisindən Ə.Quluzadənin “VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Həsənov saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Binə qəsəbəsi ərazisində saz vəziyyətdə tapılıb.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.