Ötən gün Bakıda qatar yoluna çıxan avtomobil yararsız hala düşüb. Bu haqda Qafqazinfo.az xəbər verib.
Xətai rayonu, “Elektrotok qəsəbəsi” adlanan ərazidə “Niva” markalı avtomobil qatar yoluna çıxıb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb. Hadisə zamanı ölən və ya yaralanan olmayıb.
Hadisənin təfərrüatları araşdırılır.