Paytaxt ərazisində yanğın hadisəsi baş verib.
Bakuplus.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Ümumi sahəsi 400 kv.m olan 7 boksdan ibarət avtomobil təmiri sexinin hər birinin sahəsi 40 kv.m olan 2 boksunun yanar konstruksiyaları və içərisində təmirə dayanan "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.