Bakıda avtomobil naməlum piyadanı vuraraq öldürüb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 15 noyabr tarixində xəbər verir.
Noyabrın 14-ü saat 16:24-də paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, 155-in qarşısında Masallı rayon sakini, 25 yaşlı Sənan Müseyibovun idarə etdiyi "Toyota" markalı avtomobillə 35-40 yaşlarında naməlum kişini vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.