Paytaxtın Yasamal rayonunda avtomobildən oğurluq edən şəxs saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bakı şəhər sakini X.Hüseynzadə, R.Ələkbərovun “Mitsubishi” markalı avtomobilin 1420 manat dəyərində səsboğucusunu oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma davam edir.