Bakının Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, 21 ünvanında azyaşlı uşaq avtomobildə köməksiz vəziyyətdə qalıb. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Minik avtomobilinin qapılarının kilidlənməsi nəticəsində 3 yaşlı uşaq avtomobilin içərisində qalıb. Hadisə yerinə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal cəlb olunublar.
Xilasedicilər xüsusi alətlərlə qapıları açaraq uşağı xilas edib və valideynlərinə təhvil veriblər.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/03/65f8ea1139200a44bf78fec6c0e097ef.mp4"][/video]