Paytaxtın Yasamal rayonunda nəqliyyat vasitəsi yanıb. Bu haqda 17 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Opel” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri alışıb.
Yanğın hadisə yerinə cəlb olunan FHN-in əməkdaşları tərəfindən söndürülüb. Nəqliyyat vasitəsinin digər hissələrinə ziyan dəyməyib.