Bakıda avtoyumada işləyən şəxs maşını qaçırıb. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Bildirilir ki, Zərifə Dadaşova adlı şəxsin avtomobili qonşusu olan və eyni zamanda avtoyuma məntəqəsində işləyən Anar Rəhimov tərəfindən qaçırılıb. O iddia edir ki, A.Rəhimov Səbail rayonu ərazisində adam mindirib, onu "Sədərək" ticarət mərkəzində düşürüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində avtomobil Biləcəri qəsəbəsi ərazisində, vulkanizasiyanın qarşısında təkərləri və diskləri sökülmüş vəziyyətdə tapılıb.
Faktla bağlı araşdırmalar davam edir.