Paytaxtın Nizami rayonu, Ş.Mirzəyev küçəsində avtomobildən oğurluq edilib. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Səbirabad rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Asəf Şirinov avtoyumada dayanan “Opel” markalı nəqliyyat vasitəsindən 1210 AZN pul oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.