Bakının 2 rayonunda bıçaqlanma hadisələri baş verib.
APA xəbər verir ki, hadisələ Maştağa və Biləcəri qəsəbələrində baş verib.
Maştağada Qurban Sultan oğlu Muradov aralarında yaranmış mübahisə nəticəsində tanışı Zöhrab Zakir oğlu Məmmədovu bıçaqlayıb.
Biləcəri qəsəbəsində isə Rahiz Rafiq oğlu Məmmədov Dəyirman yolunda yerləşən "Turan” marketin yaxınlığında 33 yaşlı Yevlax rayon sakini Namiq Tanrıverdi oğlu Behbudovu bıçaqlayıb.
Hər 2 şübhəli saxlanılıb.