Bakı şəhəri, Binəqədi rayonunda zəncirvari yol qəzasında iki nəfər xəsarət alıb. Bu haqda Report bu gün, 3 dekabr tarixində məlumat verib.
Yol-nəqliyyat hadisəsində 3 nəqliyyat vasitələrinin toqquşması nəticəsində avtomobillərdən birində 25 yaşlı Nəcəf Hacılı və onun qardaşı xəsarət alıb. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisə araşdırılır.
Daha öncə, 2 dekabr tarixində axşam saatlarında 8 Noyabr prospektində zəncirvari qəzada 4 avtomobil toqquşmuşdur.