Yasamal rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 11 noyabr tarixində xəbər verir.
“BMW” markalı avtomobili idarə edən sürücü Əbdülrəhim bəy Haqverdiyev küçəsində hərəkətdə olan zaman sükana nəzarəti itirib.
Nəqliyyat vasitəsi qəfil dönmə əməliyyatı zamanı İnşaatçılar prospektində yol kənarındakı ağaclara çarpılıb. Ağacın biri kökündən çıxaraq yola aşıb. Maşında olan sərnişin xəsarət alıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.
[caption id="attachment_78524" align="alignnone" width="640"]
Foto apa.az saytı[/caption]