Bakıda faciəvi qəza zamanı iki tələbə həlak olub. Bu haqda 23 sentyabr tarixində Bakuplus.az Manset.az-a istinadən xəbər verir.
Sabunçu rayonunda Dövlət Gömrük Akademiyasının qarşısında yolu keçmək istəyən iki tələbəni avtomobil vurub. Qəza nəticəsində tələbələr hadisə yerində dünyasını dəyişiblər.
Ölən şəxslərin şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.