Bakıda müxtəlif dələduzluq əməlləri törədən şəxs saxlanılıb. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 4 noyabr tarixində xəbər verir.
Bakı şəhər sakini Y.Abıyevi aldadaraq hesabına 175 manat pul ödətdirməklə dələduzluq etməkdə və Binəqədi qəsəbə sakini olan bir qadının bank hesabından 150 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Camaləddin Cəfərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.