Binəqədi rayonunda dələdzuluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən (DİN) Bakuplus.az-a verilən məlumata görə, rayon ərazisində bir nəfərin aldadılaraq 8650 manat dəyərində məhsulunun alınması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən A.Rüstəmov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.