Paytaxtda dələduzluq hadisəsi baş verib.
Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 6300 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 58 yaşlı Ə.Məlikov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.