Bakıda dəm qazından zəhərlənmə hadisələri qeydə alınıb. Bu haqda Report xəbər verib.
Paytaxtın Nəsimi rayonunda 60 yaşlı Heyran Qarayeva və 53 yaşlı Sevda Həsənova yaşadıqları evdə dəm qazından zəhərləniblər. Xəsarət alanlar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Digər oxşar hadisə Sabunçu rayonunda qeydə alınıb. Yaşadığı evdə dəm qazından zəhərlənən 15 yaşlı Mehdi Zeynalzadə xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar həkim nəzarətinə götürülüb.
Faktlarla bağlı araşdırmalar davam edir.