Bakıda daha bir nəfər dəm qazından vəfat edib. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
44 yaşlı Cəlilabad rayon sakini Xalid Əmrahov yaşadığı Lökbatan qəsəbəsində olan zaman hamam otağında dəm qazından zəhərlənib. O, Hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.