Xəzər dənizində batma təhlükəsi ilə üzləşən şəxslər xilas ediliblər. Bu haqda bu gün, 12 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ötən gün ərzində FHN-in əməkdaşları tərəfindən Şüvəlan qəsəbəsinin yaxınlığında olan çimərlikdə və qeyri-çimərlik ərazisində xilasetmə əməliyyatları keçirilib. Əməliyyatlar zamanı 2 nəfər xilas olunub.