Paytaxtda oğurluq hadisəsi baş verib.
Bakuplus.az-a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, rayon ərazisindəki evlərin birindən 1500 manat oğurlanıb.
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Məmmədov saxlanılıb.
Hazırda araşdırma aparılır.