Bakıda və ölkə ərazisində silahların təhvil verilməsi davam edir. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Fevralın 8-də polis əməkdaşları paytaxtda və respublikanın müxtəlif rayonlarında avtomat silahı, 9 müxtəlif markalı tüfəng, 2 patron darağı və 74 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.