Bakıda tələbə qızılcadan vəfat edib. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına istinadən xəbər verir.
Adıçəkilən Akademiyanın Kütləvi tətbiqi idman fakültəsinin Məşqçilik ixtisasının III kurs tələbəsi dünyasını dəyişib. Cavid Süleymanlı qızılcadan vəfat edib.