Nəsimi rayonunda narkotik qəbul edən şəxs ölüb. Bu haqda 17 noyabr tarixində Qafqazinfo məlumat verib.
Hüseynbala Əliyev küçəsində (“Xutor” adı ilə tanınan ərazi) mənzillərin birində 48 yaşlı V.Hacıyev narkotik vasitənin təsirindən ağır vəziyyətə düşüb. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadasının köməkliyi ilə həmin şəxs xəstəxanaya aparılarkən yolda keçinib.
Hacıyev əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma davam edir.