Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Bakuplus.az-a verilən məlumata görə, Xətai rayonu N.Tusi küçəsində yerləşən evlərin birindən içərisində 200 manat, 180 manat dəyərində mobil telefon, bank kartları və ev açarları olan çanta oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən İ.Quliyev və əvvəllər məhkum olunmuş R.Zeynallı saxlanılıblar.
Hazırda araşdırma aparılır.