Xəzər rayonunda birmərtəbəli evdə yanğın olub. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 8 noyabr tarixində xəbər verir.
Ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib.
Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.