Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən qızıl-zinət və məişət əşyaları oğurlanıb. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, oğurlanan əşyaların dəyəri 10.150 manat təşkil edir. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən keçmiş məhkum və axtarışda olan Seyfulla Qafarov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.