Bakının Nəsimi rayonunda A.Əliyev küçəsindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata görə, hadisə 1 noyabr tarixində baş verib. Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4530 manat dəyərində əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Zarima Əliyeva müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.