Paytaxtın Nərimanov rayonu, 6-cı köndələn küçəsi, 2038-ci məhəllədə fəhlə iş yerində ölüb. Bu haqda bu gün, 22 oktyabr tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
56 yaşlı Xalıq Əmirov “Termoplast” MMC-yə məxsus müəssisədə işləyən zaman işlək halda olan qurutma dəzgahının bunkerinə yıxılıb. Nəticədə o, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam edir.