Bakının Binəqədi rayonunda fevralın 20-də saat 12:00 radələrində fəhlə iş yerində ölüb. Bu haqda bu gün, 21 fevral tarixində Report məlumat verib.
Verilən məlumata görə, 50 yaşlı Oktay Ələkbərov inşa edilməkdə olan hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb və aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin “Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanıb.