Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yanğın olub. Bu haqda bu gün, 29 iyun tarixində Lent.az məlumat verib.
Fərdi evdə baş verən yanğın nəticəsində 1 yaşı tamam olmayan uşaq ölüb. Ailənin 6 üzvü xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.
Yenilənib: 10:30
Baş verən yanğında iki körpə yanıb. 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar əkiz bacılar olub. Körpələrin yanıq xəsarətindən öldükləri bildirilir.