Paytaxtın Xətai rayonu ərazisində 20 yanvar tarixində, saat 20:00 radalərində intihar hadisəsi baş verib. Bu haqda bu gün, yanvarın 21-də Avtosfer məlumat verib.
Naməlum kişi Neapol küçəsində yerləşən binanın arxasında öz üzərinə benzin tökərək yandırıb. Kişi yerindəcə dünyasını dəyişib. İntihar edən şəxs tamamilə yandığından, onun kimliyini müəyyənləşdirmək mümkün olmayıb.
Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.