Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən fermadan “Makarov” tapançasını oğurlayan şəxs və fermanın sahibi saxlanılıblar. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Sabunçu, Yasamal və Qaradağ rayonlarında oğurluqlar etdiyi üçün axtarışda olan əvvəllər məhkum olunmuş Nəriman Vəliyev saxlanılıb. Baxış zamanı onun üzərində “Makarov” tapançası, patron darağı və 15 ədəd patron aşkarlanıb. Dindirilmə zamanı o, həmin tapançanı fermadan oğurladığını bildirib.
Bundan sonra həmin fermanın sahibi Azər Hacıyev də saxlanılıb. Onda əlavə olaraq müvafiq sənədləri olmayan ov tüfəngi və 30 ədəd patron aşkar edilib. Hacıyev odlu silah-sursatı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_142299" align="alignnone" width="640"]
Foto DİN[/caption]