Bakıda şübhəli alver prosesi anbaan kameraya düşüb. Bu haqda BakuPlus.az Avtosfer.az-a istinadən bu gün, 20 oktyabr tarixində xəbər verir.
Paytaxtın Nəsimi rayonu, İbrahim Əbilov, 107 ünvanında yaşayan hüquqşünas, bloger Fərid Süleymanov evinin nəzarət kamerası vasitəsilə avtomobilinin üzərinə siqaretə bənzər bir əşya qoyulduğunu görüb. Dərhal avtomobilinə yaxınlaşan Fərid Süleymanov həmin əşyanı götürərək qırıb və yerə atıb.
Onu avtomobilin üzərinə qoyanlarla yüngül mübahisədən sonra şübhəli şəxslər ərazidən uzaqlaşıblar. Lakin həmin şəxs yenidən cibindən nəyisə çıxararaq orta yaşlı adama verib.
Həmin görüntüləri təqdim edirik:
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2022/10/avtosferrrr.mp4"][/video]