Bakının Səbail rayonunda 23 yaşlı motosiklet sürücüsü yol-nəqliyyat hadisəsində xəsarət alıb. Bu haqda bu gün, 19 sentyabr tarixində Report məlumat verib.
Motosikleti idarə edən Cavid Xaliqov avtomobillə toqquşub. Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan Xaliqov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.