Paytaxt ərazisində iki avtomobil toqquşub.
Report-dan verilən məlumata görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Qəza nəticəsində 28 yaşlı Təbriz Hümbətov xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.