Metronun “Memar Əcəmi” stansiyası yaxınlığında qətl hadisəsi olub. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Əlbəyaxa dava zamanı 21 yaşlı Nicat Məmmədovun qarın nahiyəsinə çoxsaylı bıçaq zərbəsi vurulub. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb ediliblər. Hadisə ilə bağlı cinayət işi başlanılıb.