Paytaxtın Yasamal rayonunda intihara cəhd olub. Bu haqda bu gün, 29 aprel tarixində Report məlumat verib.
Şəfayət Mehdiyev küçəsində 22 yaşlı S.Musalı özünə ülgüclə çoxsaylı xəsarətlər yetirib.
Zərərçəkmiş çoxsaylı kəsilmiş yaraları ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.