Bakının Binəqədi rayonunun sakini şantaj olunub. Bu haqda bu gün, 20 aprel tarixində Lent.az məlumat verib.
Gənc qız polisə müraciət edərək naməlum şəxsin onun qeyri-münasib tərzdə çəkilmiş fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyərək külli miqdarda pulunu aldığını bildirib.
Daxil olan şikayət əsasında araşdırmalara başlanılıb.