Bakının Binəqədi rayonunda 19 yaşlı qızdan hədə-qorxu yolu ilə pul tələb edilir. Bu haqda bu gün, 1 mart tarixində Lent.az məlumat verib.
Zərərçəkmiş şəxs polisə müraciət edərək naməlum şəxsin onu şəkilləri ilə şantaj edərək onların sosial şəbəkədə yayılacağı hədəsi ilə külli miqdarda pul və qızıl tələb etdiyini bildirib.
Hadisə ilə bağlı araşdırma başlanılıb.